ABŞ-da pilotsuz təyyarələrdən buraxıla bilən dronlar sınaqdan keçirildi

ABŞ-da pilotsuz təyyarələrdən buraxıla bilən dronlar sınaqdan keçirildi

Hazırda oxunan: ABŞ-da pilotsuz təyyarələrdən buraxıla bilən dronlar sınaqdan keçirildi

120257

ABŞ Ordusu “Project Convergence” (Layihə Konvergensiyası) eksperimentinin bir hissəsi olaraq yerdən və havadan buraxılan Air Launched Effects (ALE) dronlarını uğurla sınaqdan keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Defence News”a general-mayor Valter Rügen məlumat verib. 

Onun sözlərinə görə, PUA eksperimenti oktyabr-noyabr aylarında baş tutub. General pilotsuz təyyarənin sınaqlarının uğurla keçdiyini bildirib.  

Qeyd olunur ki, ALE iri pilotsuz uçuş aparatlarından, eləcə də pilotlu təyyarələrdən buraxıla bilər. 

Qəzet yazır ki, belə dronları ABŞ ordusunun helikopter donanmasının modernləşdirilməsinin mühüm hissəsi adlandırırlar. Onlar kəşfiyyat, hədəfləri vurmaq və müdaxilə yaratmaq üçün nəzərdə tutulub. 

Həmçinin məlum olub ki, Rusiyada TRAMP (nəqliyyat aviasiyasının çoxfunksiyalı platforması) tipli PUA-lar hazırlanıb.

Belə ki, qurğu 250 kq-a qədər yükü məsafəyə çatdıra bilir. Həcmi 2650 litr olan yük bölməsi böyük ölçülü yükləri gəmiyə yükləməyə imkan verir, lazım olduqda onu paraşütlə yerə endirmək olar. Pilotsuz təyyarənin kruiz sürəti 195 km/saat olacaq, o, üç min metrə qədər hündürlüyə qalxa biləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO