“Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir” – İtaliyalı nazir 

“Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir” – İtaliyalı nazir 

Hazırda oxunan: “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir” – İtaliyalı nazir 

120256

"Bu gün Azərbaycanın nəhəng “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir. Bu, həmçinin dövlətin səlahiyyətində olan əlavə imkanlar hesabına təmin ediləcək. Beləliklə, biz yeni bir səhifəni açırıq, enerjiyə, təmiz enerjiyə keçidi təmin etməyə çalışırıq”. 

Bizim.Media xəbər verir ki, bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib. 

Nazir bildirib ki, “Ansaldo Energia”nın avadanlıqları bu gün dünyanın bir çox yerlərində istismar olunur və onlar etibarlılığına görə universal şəkildə tanınır:  

“Onlar italyan mühəndisliyinin məhsulu olmaqla yanaşı, İtaliyada istehsal edilmiş ən yaxşı mallarımızın mühüm hissəsidir və biz bundan fərəhlənirik. Əminəm ki, İtaliyanın bacarıqları Azərbaycanda ətraf mühitə dair qanunvericiliyin qoyduğu tələblər əsasında hamı üçün enerjinin təmin edilməsinə yönəlmiş Sizin milli energetika planınızı müşayiət edəcək ən yaxşı alət olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO