Türkiyədə qarətlə məşğul olan 100-ə yaxın şəxs həbs edildi

Türkiyədə qarətlə məşğul olan 100-ə yaxın şəxs həbs edildi

Hazırda oxunan: Türkiyədə qarətlə məşğul olan 100-ə yaxın şəxs həbs edildi

120016

Hatay vilayətində binaları qarət etməkdə şübhəli bilinən 40 nəfər həbs edilib. Şübhəlilərdən 11 min dollar, 70 min türk lirəsi (3700 dollar), 20 mobil telefon, 8 noutbuk, 5 məişət texnikası, 6 tapança və 3 tüfəng, həmçinin qızıl-zinət əşyaları və bank kartları müsadirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.

Mənbı yazır ki, saxlanılan daha iki nəfər özlərini yardım işçisi kimi təqdim edərək Hatayda zərərçəkmişlər üçün ərzaqla dolu olan 6 yük maşınını oğurlamağa cəhd ediblər.

Ümumilikdə Türkiyənin 8 vilayətində - Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Osmaniyə, Adana, Qaziantep və Şanlıurfada həbslər baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO