Türkiyənin 10 vilayətində dərslər martın 1-dək dayandırılıb - Nazir

Türkiyənin 10 vilayətində dərslər martın 1-dək dayandırılıb - Nazir

Hazırda oxunan: Türkiyənin 10 vilayətində dərslər martın 1-dək dayandırılıb - Nazir

120010

Türkiyənin zəlzələdən ziyan vurulan 10 vilayətində təhsil 1 mart tarixinə qədər dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Mahmud Özer danışıb.

Nazir bildirib ki, fevralın 20-dən etibarən 71 əyalətdə dərslər başlayacaq.

Zəlzələdən zərər çəkmiş şagirdlər üçün özəl məktəblərin tutumunun artırıldığı açıqlanıb.

"Özəl təhsil müəssisələrimizlə lazımi danışıqlar apardıq. Bu gündən etibarən tutumu 3 faizdən 10 faizə qaldırırıq və artırılan 7 faiz tutumu 10 vilayətdən gələn tələbələrimiz üçün istifadə edəcəyik", - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO