Yunanıstanlı nazir zəlzələ bölgəsinə gəldi - Çavuşoğlu ilə görüşdü - YENİLƏNİB - VİDEO

Yunanıstanlı nazir zəlzələ bölgəsinə gəldi - Çavuşoğlu ilə görüşdü - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Yunanıstanlı nazir zəlzələ bölgəsinə gəldi - Çavuşoğlu ilə görüşdü - YENİLƏNİB - VİDEO

119972

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfərə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər çərçivəsində nazir Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələlərdən fəlakətə məruz qalan ərazilərdə fəaliyyət göstərən Yunanıstana Yardım Missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Xarici İşlər Naziri Antakyadakı Əməliyyat Mərkəzinə baş çəkəcək və xilasetmə işləri ilə bağlı son hadisələr, habelə yaradılan humanitar yardım ehtiyacları barədə məlumatlandırılacaq.

Sözügedən səfər çərçivəsində zəlzələlərin dağıdıcı nəticələrinin aradan qaldırılmasında Yunanıstanın gələcək yardım yolları da araşdırılacaq.

Qeyd edək ki, Xarici İşlər Naziri Cenevrədəki Daimi Nümayəndəliyimizə OCHA (Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi) vasitəsilə Türkiyə və Suriyaya təcili humanitar yardımın çatdırılması üçün hərəkətə keçmək barədə göstəriş verib.

Bundan əlavə, Xarici İşlər Nazirinin müavini Andreas Katsaniotis Türkiyə və Suriyada zərər çəkmiş bölgələrə humanitar yardımın toplanmasına kömək etmək istəyən təşkilat və şəxslərin koordinasiyasını öz üzərinə götürüb", Yunanıstan XİN məlumatında qeyd olunub.



11:13


Yunanıstanın xarici işlər naziri Nikos Dendias bazar günü Türkiyəyə səfər edəcək, burada türkiyəli həmkarı Mövlud Çavuşoğlu və zəlzələ bölgəsində çalışan yunan xilasediciləri ilə görüşəcək.

Bizim.Media  xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə xarici işlər naziri səfər zamanı son zəlzələlər nəticəsində fəlakətə məruz qalan ərazilərdə fəaliyyət göstərən Yunanıstanın xilasetmə qrupunun üzvləri ilə görüşəcək. Dendias Antakyadakı əməliyyat mərkəzinə də baş çəkəcək və insanların dağıntılar altından xilas edilməsi səyləri ilə bağlı son imkanlar, eləcə də yaranan humanitar yardım ehtiyacları barədə məlumatlandırılacaq”, - Yunanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO