Hatayda 35 yaşlı kişi və 7 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldı

Hatayda 35 yaşlı kişi və 7 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldı

Hazırda oxunan: Hatayda 35 yaşlı kişi və 7 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldı

119966

Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.

Bu barədə Bizim.Media  “TRT haber”ə istinadən xəbər verir.

Eyni zamanda Qırğızıstan xilasediciləri bu gün 7 yaşlı Aliayçiçek adlı uşağı dağıntılar altından çıxarıblar. Bunu isə Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında yazıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Təbii fəlakət zamanı həmçinin 80 mindən çox insan xəsarət alıb.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO