Qaribaşvilidən Ukraynaya İTTİHAM: “Müharibəni Gürcüstan ərazisinə keçirmək istəyirlər”

Qaribaşvilidən Ukraynaya İTTİHAM: “Müharibəni Gürcüstan ərazisinə keçirmək istəyirlər”

Hazırda oxunan: Qaribaşvilidən Ukraynaya İTTİHAM: “Müharibəni Gürcüstan ərazisinə keçirmək istəyirlər”

119947

Gürcüstanın baş naziri  İrakli Qaribaşvili Ukrayna hakimiyyətini müharibəni ölkəsinin ərazisinə keçirmək cəhdində ittiham edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb. 

Qaribaşvilinin sözlərinə görə, guya Ukrayna hakimiyyəti ikinci cəbhə açmaq və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək cəhdlərindən əl çəkmir: 

"Komandamız müharibənin ən böyük sınağından yayına bildi. Bu münaqişəni hansısa yolla ölkəmizə ötürmək cəhdləri təəssüf ki, dayanmır.  

Biz Ukrayna hakimiyyətinin bu mövzu ilə bağlı açıqlamalarını birbaşa eşitdik. Onların məqsədi müharibənin ikinci mərhələsini açmaq idi". 

Nazir iddia edib ki, Ukrayna tərəfinin eks prezident Mixail Saakaşvilinin Gürcüstana getməsinə nail olmaq və çoxlu təxribatlara əl atmaq kimi cəhdləri hələ də davam edir. 

Eyni zamanda o, ukraynalılardan müharibəni dayandırmağı və əraziləri geri qaytarmağı istəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO