Xilasedicilərimiz 128 saat sonra 2 bacını XİLAS ETDİLƏR 

Xilasedicilərimiz 128 saat sonra 2 bacını XİLAS ETDİLƏR 

Hazırda oxunan: Xilasedicilərimiz 128 saat sonra 2 bacını XİLAS ETDİLƏR 

119897

Azərbaycanın xilasediciləri 2 bacını 128 saat sonra dağıntılar altından xilas ediblər. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. 
Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar. 

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO