Xilasedicilərimiz Kahramanmaraşda gecə vaxtı axtarış-xilasetmə işlərini davam etdirir

Xilasedicilərimiz Kahramanmaraşda gecə vaxtı axtarış-xilasetmə işlərini davam etdirir

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda gecə vaxtı axtarış-xilasetmə işlərini davam etdirir

119752

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları keçirir. 

Bizim.Media Report-a istinadən xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını hazırda da davam etdirir. 

Fevralın 10-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır. 
Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər. Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. 

Xatırladaq ki, Azərbaycanın xilasediciləri Kahramanmaraşda üç növbəli sistem şəkildə axtarış-xilasetmə əməliyyatlarını həyat keçirir. 

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO