Dövlət Agentliyi Türkiyəyə 175 min manat ianə etdi 

Dövlət Agentliyi Türkiyəyə 175 min manat ianə etdi 

Hazırda oxunan: Dövlət Agentliyi Türkiyəyə 175 min manat ianə etdi 

119746

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşulub.

Agentliyin rəhbərliyi başda olmaqla bütün şəxsi heyəti tərəfindən qardaş ölkəyə 175 min manat (103 min ABŞ dollar) məbləğində ianə edilib. 

Bu barədə Bizim.Media-ya Dövlət Agentliyindən məlumat verilib. 

Məlumata görə, yığılan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Ankara şöbəsinin “Ziraat Bank”dakı hesabına köçürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO