Ukraynada yaşayan soydaşlarımız qardaş Türkiyəyə başsağlığı verdi - FOTO/VİDEO

Ukraynada yaşayan soydaşlarımız qardaş Türkiyəyə başsağlığı verdi - FOTO/VİDEO

Hazırda oxunan: Ukraynada yaşayan soydaşlarımız qardaş Türkiyəyə başsağlığı verdi - FOTO/VİDEO

119669

Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev və Ukraynada yaşayan soydaşlarımız Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Kiyevdəki Səfirliyini ziyarət edib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, ziyarət zamanı soydaşlarımız zəlzələdə həlak olanların xatirəsini əziz tutmaq üçün Türkiyənin Ukraynadakı Səfirliyi önünə gül qoyublar.

Ziyarət zamanı Azər Xudiyevi və soydaşlarımızı Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldere qarşılayıb.

Səfir Yağmur Ahmet Güldere ilə görüş zamanı Azər Xudiyev Türkiyə dövlətinə və xalqına başsağlığı verib.

Bizim.Media
 







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO