Şarl Mişel: “Aİ-nin Ukraynaya son göndərəcəyi yardımlar həlledici olacaq”

Şarl Mişel: “Aİ-nin Ukraynaya son göndərəcəyi yardımlar həlledici olacaq”

Hazırda oxunan: Şarl Mişel: “Aİ-nin Ukraynaya son göndərəcəyi yardımlar həlledici olacaq”

119564

“Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Ukraynaya maksimum yardım göstərməlidir və bu yardımlar həlledici olacaq”. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Aİ Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakə ilə keçirilən Aİ sammiti çərçivəsində baş tutan mətbuat konfransında bildirib. 

“Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq. Biz Ukraynaya maksimum yardım göstərməyə davam etməliyik”, - deyə Mişel qeyd edib. 

Ş.Mişelin sözlərinə görə, bu yardım həm hərbi, həm maddi, həm də siyasi xarakter daşımalıdır:

“Bütövlüyünüzü qorumaq üçün lazım olanı almalısınız. Bu, həm artilleriyadır, həm sursatdır, həm də müdafiə sistemləridir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO