Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7.7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Zəlzələ nəticəsində Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş əyalətlərində ciddi dağıntılar var.
Son məlumatlara görə, zəlzələ nəticəsində 14351 nəfər həyatını itirib, 63794 nəfər yaralanıb. Ümumulikdə 6444 bina dağılıb.
Həmin ərazilərdəki son durum bölgələrdən çəkilən fotolarda əks olunub.
Görüntüləri təqdim edirik:
Bizim.Media