“Türkiyədə 56 ölkənin xilasediciləri çalışır” - Çavuşoğlu

“Türkiyədə 56 ölkənin xilasediciləri çalışır” - Çavuşoğlu

Hazırda oxunan: “Türkiyədə 56 ölkənin xilasediciləri çalışır” - Çavuşoğlu

119475

“Ölkəmizdə 56 ölkədən olan xilasedicilər fəaliyyət göstərirlər”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, dəstək üçün dünya ölkələrinə və beynəlxalq qurumlara təşəkkür edib:

“Bu gün Türkiyədə müxtəlif ölkələrin xilasediciləri, həkimləri var. Bəziləri çox uzaqdan gəlirlər. Yaxın 24 ərzində də xilasedicilər Türkiyədə olacaq”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 350 nəfər ölüb, 63 794 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO