Vaşinqtondan Pekinə diplomatik təzyiq

Vaşinqtondan Pekinə diplomatik təzyiq

Hazırda oxunan: Vaşinqtondan Pekinə diplomatik təzyiq

1194

Bizim.Media Reutersə istinadən məlumat verir ki, ABŞ Xarici İşlər Naziri Mayk Pompeonun gələn həftə Hindistana səfər edəcəyi gözlənilir.

Pompeonun eyni zamanda son aylarda Çinlə gərginlik yaşanan Şri-Lanka və Maldiv adalarına da səfər edəcəyi, İndoneziyada keçirəcəyi işgüzar görüşlərlə səfərini tamamlayacağı bildirilir.

Hindistan nümayəndələri səfər çərçivəsində ABŞ-la Hindistan arasında pilotsuz uçuş aparatları və raket sistemlərinin idarə edilməsi üçün peyk məlumatlarının paylaşılması istiqamətində ikitərəfli müqavilənin balanılacağını da qeyd ediblər. Müqavilənin Çin və Hindistan arasında hərbi gərginliyin yaşandığı zamanda bağlanması xüsusi diqqət çəkir.

Çinin Xarici İşlər Nazirliyi isə verdiyi açıqlamada ABŞ-ı region ölkələrini tərəf seçməyə məcbur etməkdə ittiham edib. Acıqlamada bu cür fəaliyyətlərin fayda verməyəcəyini də qeyd olunub.

Analitiklərin fikrincə, Pompeonun Uzaq şərqə səfərləri ABŞ prezidenti Donald Trampın prezident seçkiləri ərəfəsində mövqelərini möhkəmləndirmək siyasətinin tərkib hissəsidir.

Tramp Çinlə daha sərt dillə danışmaq lazım olduğunu qeyd edir və onun bu cür mövqeyi ölkə daxilində bir sıra qüvvələr tərəfindən dəstəklənir. Lakin ABŞ-ın Çinə qarşı mövqeyi xarici siyasət strategiyasının da ayrılmaz hissədir. ABŞ-da seçkilər yaxınlaşdıqca Uzaq şərqdə Çinlə münasibətlərin daha  da gərginləşdiyi müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO