Estoniya ABŞ-dan 200 milyon dollarlıq “HIMARS” alacaq

Estoniya ABŞ-dan 200 milyon dollarlıq “HIMARS” alacaq

Hazırda oxunan: Estoniya ABŞ-dan 200 milyon dollarlıq “HIMARS” alacaq

119329

Estoniya ABŞ-dan 200 milyon dollar məbləğində HIMARS reaktiv yaylım atəşi sistemləri (RYAS) alacaq. 

Bizim.Media TASS-a istinadən xəbər ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat verib. 

200 milyon dollar dəyərində HIMARS satınalınması üzrə layihə Estoniya tarixində ən böyüyüdür. Satınalma layihəsi çərçivəsində 6 ədəd RYAS, eləcə də sursatlar, rabitə həlləri, təlim, logistika sistemləri alınacaq. 
Satınalma paketinə 70-300 km atəş diapazonu olan raketlər daxildir. Estoniya ilə yanaşı, Latviya və Litva da HIMARS sistemləri əldə edəcəklər. 

Baş Qərargahdan verilən məlumata görə, bu həftə Estoniyanın mərkəzi poliqonunda HIMARS-dan atəşlər nümayiş olunub, bütün hədəflər vurulub. 

Hazırda bu sistemlər artıq Estoniyada – ölkədəki ABŞ piyada bölüyünün arsenalında mövcuddur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO