Türkiyədə İNSAN TƏLƏFATI yaşanır: 2316 ölü, 13 mindən çox yaralı – YENİLƏNİB 

Türkiyədə İNSAN TƏLƏFATI yaşanır: 2316 ölü, 13 mindən çox yaralı – YENİLƏNİB 

Hazırda oxunan: Türkiyədə İNSAN TƏLƏFATI yaşanır: 2316 ölü, 13 mindən çox yaralı – YENİLƏNİB 

118813

Türkiyədə baş verən zəlzələdə həlak olanların sayı 2316-ya çatdı.  

Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Məlumata görə, zəlzələdə 13 min 293 nəfər xəsarət alıb, 6 min 217 bina dağılıb.

23.19

Türkiyədə baş verən zəlzələdə həlak olanların sayı 1762-yə çatdı. 

Bizim.Media xəbər verir ki, bu barədə AFAD Riskin Azaldılması baş direktoru Prof. Dr. Orxan Tatar məlumat yayıb. 

Məlumata görə, zəlzələdə 12 min 68 nəfər xəsarət alıb, 5 min 606 bina dağılıb.

21.33

Türkiyədə baş verən zəlzələ həlak olanların və yaralananların sayında artım var. 

Bizim.Media xəbər verir ki, bu barədə Hataydakı son vəziyyətlə bağlı məlumat verən səhiyyə naziri Fahrettin Koca bildirib. 

Nazir qeyd edib ki, zəlzələdə həyatını itirənlərin sayının 1651 nəfərə çatdığını qeyd edib. 
 
Nazir 11 119 nəfərin yaralandığını, 3471 binanın dağıldığını bildirib. 

20.48

Türkiyənin bir neçə bölgəsində baş verən güclü zəlzələ nıticəsində ölən və yaralananların sayı artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə hazırda brifinq keçirən Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib. 

Oktay bildirib ki, zəlzələ nəticəsində 1541 nəfər həlak olub, 9 733 nəfər isə yaralanıb.

18.38

Türkiyənin bir neçə ərazilərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1498-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, zəlzələdə xəsarət alanların sayı 8 533 nəfərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO