“NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq” - Ərdoğan 

“NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq” - Ərdoğan 

Hazırda oxunan: “NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq” - Ərdoğan 

118790

“Ümid edirəm ki, biz ölkə, millət olaraq birlik və həmrəylik içində bu faciəli günləri arxada qoyacağıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “twitter” hesabında yazıb. 

R.T.Ərdoğan bildirib ki, hazırda Türkiyəyə yardım göstərmək istəyən dövlətlər ölkə rəhbərliyinə müraciət edir: 

“NATO və Avropa Birliyi ilə yanaşı, 45 ölkədən də yardım təklifi almışıq”. 

Türkiyə lideri vurğulayıb ki, ölkənin hər yerindən zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, avadanlıqlar, yardım materialları göndərilir və xilasetmə işləri üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək: 

“Hazırda 9 min kişi axtarış-xilasetmə işlərində iştirak edir və bu say zəlzələ bölgəsində artmaqda davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO