"Türkiyəyə Starlink peyklərini göndərə bilərik" - AÇIQLAMA

Hazırda oxunan: "Türkiyəyə Starlink peyklərini göndərə bilərik" - AÇIQLAMA

118753

İlon Maskın kosmosdan dünyaya yüksək sürətli internet təqdim edən “Starlink” xidməti bu gün bir çox ölkədə aktiv şəkildə istifadə olunur. 

Bizim.Media xəbər verir ki, 2020-ci ilin oktyabrında istifadəyə verildikdən sonra fəaliyyətə başlayan və ölkə portfelini günü-gündən genişləndirən xidmət hələ də Türkiyə bazarına daxil olmayıb. Bu gün yaşanan zəlzələdən sonra “SpaceX”-in mövzu ilə bağlı planları dəyişib. 

İndiyə qədər ortaya çıxan bütün məlumatlara və "Starlink"-in daim yenilənən xəritələrinə görə, İ.Maskın internet xidməti 2024-cü ildə Türkiyədə xidmətə başlayacaq.

Ancaq ötən saatlarda baş verən zəlzələdən sonra İ.Mask “Twitter” hesabından "Türkiyə hökuməti icazə verən kimi Türkiyəyə Starlink peyklərini göndərə bilərik" açıqlamasını verib. 

Təbii ki, İ.Maskın bəyanatının Türkiyədə necə cavab alacağı bəlli deyil, lakin bildirilir ki, “SpaceX” Maska müsbət cavab veriləcəyi təqdirdə 2024-cü ili gözləmədən hərəkətə keçməyə hazırdır.

Starlink nə qədər sürət təmin edir? 

Speedtest-in son aylarda paylaşdığı hesabata görə, “Starlink” bir çox ölkədə genişzolaqlı yükləmə sürətini üstələyib. Xidmət 4-cü rübdə ABŞ-da 104,97 Mbit/s yükləmə sürətinə nail olub. Bununla belə, qeyd etmək lazımdır ki, ölkədə ən yüksək və ən aşağı yükləmə sürəti qeyri-mütənasibdir. Məsələn, ən yüksək yükləmə sürəti 191,08 Mbit/s ilə Floridada , ən aşağı yükləmə sürəti isə 64,95 Mbit/s ilə Oreqondadır. 
Ookla-nın sorğusuna əsasən, Starlink 18 ölkədən 14-də sabit internet provayderlərini üstələyib. Məsələn, Avstraliyadakı provayderlər orta yükləmə sürətini 51,35 Mbit/s, "Starlink" isə 141,55 Mbit/s sürət təklif edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO