Türkiyədə zəlzələdə ölənlərin sayı 1121-ə çatdı, 7634 yaralı var – FOTO/VİDEO

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121-ə çatdı, 7634 yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə zəlzələdə ölənlərin sayı 1121-ə çatdı, 7634 yaralı var – FOTO/VİDEO

118618

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda 7634 yaralı var. 2824 bina isə dağılıb.

*** 14:15

Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yaralananların sayı isə 5385-ə çatıb. 

*** 11:11

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

Bizim.Media xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

*** 10:16

Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində azı 440 nəfər xəsarət alıb.

Qeyd edək ki, Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.

Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Bundan əlavə, “Əl Ərəbiyyə” telekanalı yeraltı təkanların İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.

*** 05:40

Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO