Pakistanın keçmiş Prezidenti Kəraçidə dəfn olunacaq

Pakistanın keçmiş Prezidenti Kəraçidə dəfn olunacaq

Hazırda oxunan: Pakistanın keçmiş Prezidenti Kəraçidə dəfn olunacaq

118610

Pakistanın keçmiş Prezidenti Pərviz Müşərrəf Kəraçidəki qəbiristanlıqda dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Geo.tv kanalı onun ailəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Müşərrəfin ailəsi onun nəşinin vətənə gətirilməsi üçün Pakistanın Dubaydakı konsulluğuna müraciət edib.

Qeyd edək ki, Pakistan İslam Respublikasının sabiq Prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. 2001-ci ildən 2008-ci ilədək Pakistanın Prezidenti olmuş P.Müşərrəf Dubayda dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO