İranın Xoy rayonunda 116 nəfər çadırlarda dəm qazından zəhərləndi

İranın Xoy rayonunda 116 nəfər çadırlarda dəm qazından zəhərləndi

Hazırda oxunan: İranın Xoy rayonunda 116 nəfər çadırlarda dəm qazından zəhərləndi

118557

28 yanvarda İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda zəlzələdən zərərçəkənlər üçün qurulan çadırlarda indiyədək dəm qazından 116 nəfər zəhərlənib.

Bizim.Media xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti tibb elmləri universitetinin rektor müavini Ehsan Rixtəgər deyib.

Onun sözlərinə görə, təkcə ötən sutka ərzində çadırlarda dəm qazından 11 nəfər zəhərlənib.

Rixtəgər əlavə edib ki, indiyədək çadırlarda dəm qazından zəhərlənmə ilə əlaqədar 2 nəfərin ölməsi qeydə alınıb.
Qeyd edək ki, 28 yanvarda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda saat 21:00 radələrində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində 10 minə yaxın mənzilə ciddi ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO