Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat etdi

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat etdi

Hazırda oxunan: Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat etdi

118533

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra Dubayda xəstəxanada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Xatırladaq ki, Pərviz Müşərrəf 1943-ci il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində anadan olub. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk edib Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçib.

1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib.

Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələnib. Benazir Bhutto baş nazir olarkən Müşərrəf hərbi əməliyyatlardan məsul komandir, 1998-ci ildə ordu komandiri olub. Kəşmir problemi Pakistanın Hindistan ilə 3 dəfə müharibə etməsinə səbəb olub.

Müşərrəf 1999-cu ildə Kəşmir məsələsinə dair Hindistan ilə yaşanan böhran zamanı keçirilən mətbuat konfransları ilə tanınan sima olub. 

1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirib. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti kreslosuna yiyələnən Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışıb. 
Beynəlxalq ictimaiyyət tərəfindən Müşərrəfə göstərilən təzyiqlər ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələri, daha sonra Əfqanıstanda həyata keçirilən əməliyyatlara dəstək verməsiylə yumşalıb və Müşərrəf hakimiyyəti beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyə başlanıb.

2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verib.

Seçilmiş bir məclisi buraxma səlahiyyəti əldə edən Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan edib. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazanıb və ölkənin baş naziri olub.

P.Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO