Ağ Ev Türkiyə XİN-nin İDDİALARINA cavab verdi

Ağ Ev Türkiyə XİN-nin İDDİALARINA cavab verdi

Hazırda oxunan: Ağ Ev Türkiyə XİN-nin İDDİALARINA cavab verdi

118482

“ABŞ hökumətinin Türkiyəni çaşdırmaq cəhdlərində iştirak etdiyi və ya dəstəklədiyinə dair istənilən işarə yalandır”. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamasına şərhində qeyd edilib.

"Türkiyə çoxdankı və dəyərli NATO müttəfiqi və ABŞ-ın təhlükəsizlik üzrə tərəfdaşıdır. 

ABŞ Dövlət Departamentinin xaricdə Amerika vətəndaşlarının müdafiəsi və təhlükəsizliyindən üstün prioriteti yoxdur. ABŞ-ın xaricdəki səfirlikləri və konsulluqları regionda baş verən müəyyən hadisələr və dəyişikliklər barədə ABŞ vətəndaşlarını real vaxtda məlumatlandırmaq üçün xəbərdarlıqlar verir. Bu, ikitərəfli siyasi və ya iqtisadi mülahizələrdən asılı olmayaraq edilir”, - deyə Dövlət Departamentinin sözçüsü bildirib. 
Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri ABŞ səfirindən "çirkli əlləri" ölkədən çıxarmağı tələb etmiş, həmçinin onu Türkiyəni "həyəcanlandırmaq" cəhdində ittiham etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO