Şamil Ayrım: “Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, daha güclüdür”

Şamil Ayrım: “Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, daha güclüdür”

Hazırda oxunan: Şamil Ayrım: “Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, daha güclüdür”

118474

“Azərbaycan Qarabağ məsələsində Qələbə qazandı, haqq-ədaləti bərpa etdi. Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım fevralın 4-də Qərbi Azərbaycan İcmasında görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib. 

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gündən-günə daha da möhkəmləndiyini vurğulayan türk parlamentari bildirib ki, iki ölkənin dövlət başçıları və xalqları arasında birliyin bütün dünyaya örnək ola biləcəyini bildirib. 
“Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, güclü bir Azərbaycan mövcuddur. Bu gün qardaş Azərbaycanın yanında da Türkiyə var. Şuşa Bəyannaməsi bizim üçün yol xəritəsidir. Bu yol xəritəsinə uyğun olaraq işlərimizi davam etdiririk”, - deyə deputat qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO