“Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara başlayanda məqsədinin sadəcə Kiyevi demilitarizasiya etmək olduğunu desə də, bu gün vəziyyət tam əksini göstərir. Rusiya Ukrayna ilə birlikdə NATO-nu da demilitarizasiya edəcək”.
Bizim.Media xəbər verir ki, bunu İsveçli publisist Lars Bern İsveç televiziyalarının birinə müsahibəsi zamanı bildirib.
Publisist qeyd edib ki, NATO öz silahlarını Ukraynaya göndərərək könüllü şəkildə özünü məhv edir:
“Artıq Qərb ölkələrinin silah anbarları boşalmaq üzrədir. Çünki müharibə başlayandan həm NATO həm də Qərb ölkələri Ukraynaya silah tədarükü edirlər. Bununla isə əslində Putinin arzusunu reallaşdırırlar”.
O vurğulayıb ki, hərbi alyans eyni zamanda silahsız qalmaq riskini də daşıyır. Bern NATO-nu Rusiya ordusunun qüdrətinə tab gətirə bilməyən “kağız pələng” də adlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:05 / 03.02.2023
İsveçli publisist: “Rusiya Ukrayna ilə birlikdə NATO-nu da demilitarizasiya edəcək” - VİDEO
Hazırda oxunan: İsveçli publisist: “Rusiya Ukrayna ilə birlikdə NATO-nu da demilitarizasiya edəcək” - VİDEO
Hazırda oxunan: İsveçli publisist: “Rusiya Ukrayna ilə birlikdə NATO-nu da demilitarizasiya edəcək” - VİDEO
118322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.