Bill Qeytsin qızından “çip”-lərlə bağlı şok paylaşım - FOTO

Bill Qeytsin qızından “çip”-lərlə bağlı şok paylaşım - FOTO

Hazırda oxunan: Bill Qeytsin qızından “çip”-lərlə bağlı şok paylaşım - FOTO

11808

Məşhur milyarder Bill Qeytsin 24 yaşlı qızı Jennifer Qeyts, sosial media hesabında Covid-19 peyvəndi ilə bağlı məzəli paylaşım edib.

Paylaşımında Qeyts, atası Bill Qeyts-in insanlara çip taxacağı barədə yayılan xəbərlərə də toxunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bill Qeyts bəşəriyyəti gözləyən yeni təhlükədən danışıb


Microsoft-un qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts-in qızı, 24 yaşlı Jennifer Qeyts, İnstagram hesabında Covid-19 peyvəndinin ilk dozasını aldığını bildirən paylaşım edib.

Qeyts paylaşımında "Bu peyvəndlə atam beynimə çip yerləşdirmədi" deyə əlavə edib.

Peyvəndləmədən sonra maska taxmağa davam edəcəyini və hətta ehtiyac olarsa cüt maskalarla gəzəcəyini ifadə edən Qeyts, “Tibbi təhsil aldığım üçün mRNA peyvəndinin ilk dozası olmaq şansına sahib oldum.

Bu peyvənd immunitet sistemimin virusa qarşı təsirini artıracaq.

Tibb fakültəsində oxuduğum üçün və gələcəkdə həkim olacağım üçün bu peyvənd məni və gələcək tədqiqatlarımı qoruyacaq”, deyə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO