Estoniyada Zelenskinin “Azadlıq” heykəli qoyuldu - FOTO

Estoniyada Zelenskinin “Azadlıq” heykəli qoyuldu - FOTO

Hazırda oxunan: Estoniyada Zelenskinin “Azadlıq” heykəli qoyuldu - FOTO

118060

Estoniyanın Tırva şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan hazırlanmış nəhəng heykəli qoyulub.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas “Instagram” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, heykəl Azadlıq Parkında yerləşir. Kaya Kallas qeyd edib ki, şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada qalacaq.

“Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır və Estoniyanın hər yerində bu hiss olunur. Tırvada yerli sakinlər Ukraynaya həsr olunmuş Azadlıq parkı yaradıblar.
Bu parkda Prezident Zelenskinin monumental qum heykəli var. Sakinlər Ukrayna müharibədə qalib gələnə qədər heykəli orada saxlamağa qərarlıdırlar”, - deyə Baş nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO