“İsveçin NATO-ya daxil olmasını istəməyən dövlət Rusiyadır. Bu mənada İsveçdəki Türkiyə səfirliyi önündə quranın yandırılmasına sövq edən dövlət də məhz həmin ölkədir”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri İsveçin NATO-ya qəbul edilməsinə gerçəkdə hansı ölkənin əngəl olduğu sualını şərh edərkən deyib.
“Avropada bütün radikal, millətçi və şovinist strukturların maliyyəçisi bilavasitə Rusiyadır. Bu Fransada, Avstriya, Danimarkada da belədir. Moskva hər zaman bu tip radikal qüvvələrin sponsoru kimi çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Quran kitabını yandıran isveçli fəal müsəlmanların əlindən zorla xilas olundu – ANBAAN VİDEO
Düşünürəm ki, İsveçdə Quranın yandırılması hadisəsi bilavasitə Türkiyə səfirliyi qarşısında baş verdiyindən hədəf də bəlli başdan bəllidir. Çünki Quran tək Türkiyəyə aid məsələ deyil, bütün müsəlman dünyasına aid məsələdir.
Yəni hadisə İsveçdəki digər müsəlman ölkələrinin səfirliklərinin qarşısında da baş verə bilərdi. Amma bu məsələdə məhz Türkiyə səfirliyinin seçilməsində əsas hədəf Ankara-Stokholm münasibətlərinin pozulması və Skandinav ölkəsinin NATO-ya üzv olmasının qarşısını almaqdır. Çünki bu məsələdə əsas əngəl Türkiyədir. Ona görə də bu məsələnin arxasında Rusiyanın dayandığı birmənalıdır”.
Ekspertin sölərinə görə, bəzi qlobal şəbəkələr də prosesin bu cür cərəyan etməsində maraqlıdır:
“İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində belə gərginliklər yaratmaqla Türkiyənin qurumda mövqeyini zəiflətmək və qarşıdurma yaratmağa onun təşkilatdan çıxarılması məsələsini müzakirə predmetinə çevirmək istəyənlər də var”.
Rüfət Sultan, Bizim.Media