Almaniya və İsveçin İstanbuldakı baş konsulluqları fəaliyyətlərini dayandırdı

Almaniya və İsveçin İstanbuldakı baş konsulluqları fəaliyyətlərini dayandırdı

Hazırda oxunan: Almaniya və İsveçin İstanbuldakı baş konsulluqları fəaliyyətlərini dayandırdı

117858

Almaniyanın İstanbuldakı konsulluğu təhlükəsizlik təhdidləri səbəbindən çərşənbə günü fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi diplomatik nümayəndəliyə istinadən yayıb.

Bundan əvvəl Böyük Britaniya və Niderlandın İstanbuldakı Baş Konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçi qəbulunu dayandırdıqlarını bildiriblər.
"Almaniya Konsulluğu fevralın 1-də bağlı olacaq. Bütün viza və pasport məsələləri dayandırılıb", - Baş Konsulluqdan bildiriblər.

Bundan əlavə, İsveç Baş Konsulluğu da ziyarətçilərin qəbulunu dayandırıb.

Niderland diplomatik missiyası 2022-ci ilin noyabrında terror aktının baş verdiyi mərkəzi Bəyoğlu rayonunun İstiqlal küçəsində, Almaniya və Böyük Britaniyanın konsulluqları İstiklal yaxınlığında yerləşir.

ABŞ səfirliyi bazar ertəsi vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.

Hədəflərin siyahısında İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsinin adı var.
Ötən həftə ABŞ səfirliyi də Avropada ifrat sağçıların Quran nüsxələrinin yandırılması fonunda terror aktlarının baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bundan sonra Fransanın diplomatik missiyası Amerika səfirliyinin məlumatlarına istinadən oxşar xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO