ABŞ Rusiyaya qarşı şərt tələb irəli sürməzdən əvvəl qanunsuz olaraq ələ keçirdiyi yerli hindu torpaqlarını azad etməlidir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Krım regionunun Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrinets səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
"Trampı Allah devirdi" - İran prezidenti
Onun sözlərinə görə, rəsmi Vaşinqton, həmçinin dünyanın müxtəlif ölkələrində olan hərbi kontingentini də təcili olaraq geri çəkməlidir:
“Ağ Ev anlamalıdır ki, birqütblü dünyanın vaxtı bitib”.
Çeqrinets qeyd edib ki, ABŞ-a onların dilində cavab vermək lazımdır: “Bəlkə də bu şəkildə daha tez başa düşəcəklər".
O, əlavə edib ki, ABŞ-a daha güclü əks sanksiyalar tətbiq etməyin, Krıma və Rusiyaya qarşı təhqirlərə icazə verməməyin vaxtı gəlib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin siyasi koordinatoru Rodni Hunter BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacağını söyləyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynaya qarşı siyasətini dəyişdirməyincə, Vaşinqton Rusiyaya qarşı sanksiyalarını ləğv etməyəcək.
Buna cavab olaraq Krım parlamentinin vitse-spikeri Vladimir Bobkov Qərbin sanksiyalarının yarımadanın əhalisini qorxutmadığını deyib:
“Bölgədə artıq ABŞ-dan gələn müxtəlif məhdudiyyətlərə qarşı güclü immunitet yaranıb”.
Bizim.Media