Süni intellekt: 10-12 ildən sonra iqlim kritik istiləşmə həddinə çatacaq

Süni intellekt: 10-12 ildən sonra iqlim kritik istiləşmə həddinə çatacaq

Hazırda oxunan: Süni intellekt: 10-12 ildən sonra iqlim kritik istiləşmə həddinə çatacaq

117733

Qlobal istiləşmə 10-12 ildən sonra kritik həddə çatacaq. Hətta atmosferə atılan zərərli tullantıların həcminin xeyli azalacağı təqdirdə iqlim istiləşməyə davam edəcək. 

Bizim.Media xəbər verir ki, bu nəticə süni intellektin analizində əksini tapıb. 

Belə ki, 2015-ci ildə Parisdə imzalanan iqlim sazişi Yer kürəsində orta illik temperaturun 1,5 dərəcədən çox artmasına yol verməməyə çağırır.

Süni intellekt tərəfindən həyata keçirilən tədqiqatda əvvəllər aparılan analizlərdən daha pessimist nəticə hasil olub: dünya artıq 2033-2035-ci illərdə 1,5 dərəcəlik istilik həddini keçəcək, qlobal istiləşməni iki dərəcəlik həddə belə saxlamaq mümkün olmayacaq. 
“Dünya zərərli tullantıların hazırkı tempi ilə iki dərəcəlik həddi 2050-ci ildə, azalacağı halda isə 2054-cü ildə keçəcək”, - deyə tədqiqatda bildirilir. 

Bununla yanaşı, ekspertlər süni intellektin çıxardığı nəticələrə etibar etməyin hələ tez olduğunu, vəziyyəti tam qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu deyirlər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO