Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

Hazırda oxunan: Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

117731

Monteneqronun paytaxtı Podqoritsada 270 ildən sonra ilk dəfə məscid tikilir. 

Bizim.Media xəbər verir ki, sonuncu məscidin XVIII əsrdə tikildiyi şəhərdə Osmanlı dövrü abidələrindən biri olan Bəylər məscidi Monteneqro İslam Birliyi tərəfindən əvvəlki yerində yenidən inşa edilir.  

Sonradan “Hadroviç məscidi” kimi tanınan bu tarixi bina XX əsrin ortalarında sökülmüşdü. 

Podqoritsanın Draç rayonunda tikintisinə başlanılan məscid 270 ildən sonra Monteneqro paytaxtında inşa edilən ilk islami tikili olacaq.
Məscidin inşası üçün 130 min avro ianə toplanıb, layihənin dəyəri təxminən 620 min avro qiymətləndirilir. Tikinti işlərinin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO