İsrail və ABŞ İrana qarşı BİRLƏŞİR 

İsrail və ABŞ İrana qarşı BİRLƏŞİR 

Hazırda oxunan: İsrail və ABŞ İrana qarşı BİRLƏŞİR 

117523

“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaq”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra bildirib.

“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə gözəl söhbətimiz oldu. Yenə deyirəm, İsrailin əsas məqsədi İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını almaqda əlindən gələni etməkdir”,- deyə Netanyahu bildirib.

Netanyahu qeyd edib ki, ABŞ dövlət katibinin ölkəsinə səfəri dünya ictimaiyyətində çoxlarının İranın əsl üzünü gördüyü bir vaxta təsadüf edir: “Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq tətbiq etdiyini gördülər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO