Zelenski Nikolayev vilayətində hərbi vəziyyəti müzakirə etdi - VİDEO

Zelenski Nikolayev vilayətində hərbi vəziyyəti müzakirə etdi - VİDEO

Hazırda oxunan: Zelenski Nikolayev vilayətində hərbi vəziyyəti müzakirə etdi - VİDEO

117451

Ukrayna prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə işgüzar səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə prezidentin sosial şəbəkələrdəki səhifələrindən məlum olub.

“Region bütün terror hücumlarına qəhrəmancasına müqavimət göstərir. Səfər zamanı regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirdim.
Biz Ukraynanın cənubundakı hərbi əməliyyatı, Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarının nəticələrini müzakirə etdik”, – Zelenski yazıb.

Vilayətin enerji infrastrukturunun vəziyyəti, onun mühafizəsi və bərpası da nəzərdən keçirilib.

“Biz Nikolayev vilayətində təhsil müəssisələrinin, region iqtisadiyyatının uzunmüddətli bərpası və yeni iş yerlərinin yaradılması barədə də danışdıq”, - deyə o, əlavə edib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO