Tehranda meydanda rəqs edən bloger cütlüyə 21 il həbs cəzası verildi - FOTO

Tehranda meydanda rəqs edən bloger cütlüyə 21 il həbs cəzası verildi - FOTO

Hazırda oxunan: Tehranda meydanda rəqs edən bloger cütlüyə 21 il həbs cəzası verildi - FOTO

117401

Astiaj Həqiqi və Əmir Məhəmməd Əhmədi Tehranın Azadlıq meydanında rəqs etdiklərinə dair video paylaşdıqlarına görə hər biri 10 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Hər iki bloger ötən il noyabrın 1-də mülki geyimli polislər tərəfindən şəxsi evlərində döyülərək həbs edilib və ETTELAAT (Təhlükəsizlik) Nazirliyinin təcridxanasına aparılıb.

Məlumatlara görə, onların ailəsi həbs olunduqdan bəri təhlükəsizlik orqanlarının təzyiqi altında susmağa məcbur olub.
Gənc cütlüyün məhkəmədə “pozğunluğa və fahişəliyə təşviq etmək, milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə mühakimə olunublar.

Məhkəmə həbslə yanaşı, onların sosial mediadan istifadəsinə də 2 il qadağa, habelə ölkədən çıxışlarına iki il qadağa qoyub.

Məlumata görə, gənc qız məhkəmədə qəddarlığı ilə tanınan hakim Salavati tərəfindən hədələnib və alçaldılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO