Ukraynanın prezidenti Petro Poroşenkonun iqamətgahında bahalı təmir işləri aparılır. Prezident iqamətgahının təmiri və yenidənqurulması üçün 200 milyon dollar xərclənəcək.
Təmirdən sonra prezident öz qonaqlarını qızıl suyuna çəkilən salonda qəbul edə biləcək.
Ukrayna mətbuatının yazdığına görə, vəsaitin böyük hissəsi fasadın yenidənqurulmasına, dam örtüyünün dəyişdirilməsinə və əraziyə xərclənəcək. Qalan vəsait isə iqamətgahın daxilində apaırlacaq işlərə yönləndiriləcək.
Uraynalı arxitektor Larisa Çayukun sözlərinə görə, təmir zamanı tarixi ornamentlərə yer veriləcək. Tavan və divarlarda qızılı lepkalar vurulacaq.
Prezident sarayı üçün Almaniyada xüsusi boya da hazırlanıb.(Cebhe.info)































































































