Türkiyədə avtobus qəzası: 4 nəfər öldü - 24 yaralı var

Türkiyədə avtobus qəzası: 4 nəfər öldü - 24 yaralı var

Hazırda oxunan: Türkiyədə avtobus qəzası: 4 nəfər öldü - 24 yaralı var

117239

Türkiyənin Kayseri əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, avtobus yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus Malatyadan İstanbula gedirmiş. Hadisə yerinə çox sayda xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Qeyd edilir ki, 3 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada ölüb. Eyni zamanda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Avtobus sürücüsü polislər tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO