Aİ-dən Rusiya ilə bağlı Bosniya və Herseqovinadan TƏLƏB 

Aİ-dən Rusiya ilə bağlı Bosniya və Herseqovinadan TƏLƏB 

Hazırda oxunan: Aİ-dən Rusiya ilə bağlı Bosniya və Herseqovinadan TƏLƏB 

117212

Avropa İttifaqı (Aİ) ötən ilin dekabrında ittifaqa üzv olmaq üçün namizəd ölkə statusu verdiyi Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiq olunmasını tələb edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin Bosniya və Herseqovina nümayəndəliyi ölkədən namizəd statusu alan ölkə kimi ittifaqın xarici və təhlükəsizlik siyasəti, eləcə də viza tətbiqi prosedurlarına uyğun hərəkət etməsinin gözlənildiyini bildirib.

Açıqlamada Avropa Şurasında dəfələrlə gündəmə gələn Rusiyaya qarşı sanksiyalara Bosniya və Herseqovinanın da qoşulmasının vacibliyi vurğulanıb.

Həmçinin Bosniya və Herseqovinanın Rusiya vətəndaşlarına viza tətbiq etməsinin zəruriliyinin Avropa Komissiyasının son hesabatında da qeyd olunduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO