Macarıstan Prezidenti: “\

Macarıstan Prezidenti: “\"Diplomatik nümayəndəliklərə hücumu qətiyyətlə pisləyirəm”

Hazırda oxunan: Macarıstan Prezidenti: “\"Diplomatik nümayəndəliklərə hücumu qətiyyətlə pisləyirəm”

117208

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak özünün “Twitter” hesabında paylaşım edib.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - ölkə rəhbəri qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO