“Cümə axşamı adəti üzrə yenə mağazaya getdim. İstədim nar şirəsi alım. Rəflərə yanaşdım. Rəfdə nar şirələrinin iki növü var: Azərbaycandan və Ermənistandan gətirilmiş şirələr. Bir Rus alıcısı kimi düşündüm: bu ölkələrdən hansı birinin məhsulunu almalıyam?”
Bizim.Media xəbər verir ki, bunu tanınmış Rusiyalı politoloq özünün Facebook səhifəsində yazıb.
O öz seçimini də belə əsaslandırıb:
“1. Rusiyaya dost siyasət yürüdən ölkədən məhsul almaq istəyirəm.
Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistandakı “müşahidə” missiyası ilə bağlı dünənki bəyanatına əsasən, bu, rəsmi İrəvanın Rusiyanın milli maraqlarına uyğun olmayan qərarıdır. Bu o deməkdir ki, mən bu ölkənin istehsalçılarını dəstəkləməyəcəyəm və onun məhsullarını almayacağam. Ona görə də mən erməni nar şirəsini almıram, Azərbaycandan alıram.
2. Vətəndaşları və milli diasporları rus məmurlarının nöqteyi-nəzərinə hörmətlə yanaşan bir ölkədən məhsul almaq istəməlyəm.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bugünkü brifinqi Ermənistan vətəndaşlarının sosial şəbəkələrdə onun ünvanına səsləndirdiyi təhqiramiz şərhlərlə müşayiət olunub. Bu o deməkdir ki, mən (və mənim yerimə Rusiya Federasiyasının hər hansı digər vətəndaşı) bu ölkənin istehsalçılarını dəstəkləməyəcəyəm və onun məhsullarını almayacağam. Ona görə də mən erməni nar şirəsini almıram, Azərbaycandan alıram.
3. Rəhbərləri Qərb kəşfiyyat orqanlarının qucağına girməyə tələsməyən ölkədən məhsul almaq istəyirəm.
Mərkəzi Kəşfiyyat İdarəsinin və Mİ6-nın rəhbərləri bu yaxınlarda İrəvana səfər ediblər. Onları Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən qəbul edib. Bu o deməkdir ki, mən (və mənim yerimə Rusiya Federasiyasının hər hansı digər vətəndaşı) bu ölkənin istehsalçılarını dəstəkləməyəcəyəm və onun məhsullarını almayacağam. Ona görə də mən erməni nar şirəsini almıram, Azərbaycandan alıram.
Üstəlik bilirəm ki, dünyanın ən yaxşı narları Azərbaycanda yetişir. Bu da məni Azərbaycan nar şirəsini almağa vadar edir.
P.S. Keçən dəfə Azərbaycan şirəsini seçdiyimə görə Facebook Kaliforniya və Marseldən izləyicilərim məni erməni şirəsinə “nifrət etməkdə” günahlandırdı. Və onlara qarşı “faşizm” nümayiş etdirdiyimi dedilər. İndi də yəqin ki, MKİ və Mİ6 tərəfindən “soyqırım”da ittiham olunuram?”
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:30 / 28.01.2023
Korotçenko Ermənistan istehsalı olan nar şirəsini almaqdan niyə imtina etdi? - AÇIQLAMA
Hazırda oxunan: Korotçenko Ermənistan istehsalı olan nar şirəsini almaqdan niyə imtina etdi? - AÇIQLAMA
Hazırda oxunan: Korotçenko Ermənistan istehsalı olan nar şirəsini almaqdan niyə imtina etdi? - AÇIQLAMA
117174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.