Azərbaycanlı deputat AŞPA-da Laçın yolu ilə bağlı iddialara CAVAB VERDİ 

Azərbaycanlı deputat AŞPA-da Laçın yolu ilə bağlı iddialara CAVAB VERDİ 

Hazırda oxunan: Azərbaycanlı deputat AŞPA-da Laçın yolu ilə bağlı iddialara CAVAB VERDİ 

116889

“Laçın yolu açıqdır, son iki ayda mindən çox nəqliyyat vasitəsi yoldan keçib. Bunların arasında Rusiya sülhməramlıları, Beynəlxalq Qızıl Xaç Komitəsi və mülki ermənilərə aid maşınlar olub”. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov Laçın yolundakı vəziyyətin müzakirəsi zamanı deyib. 

Deputat diqqətə çatdırıb ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini icra etmir, vədini yerinə yetirmir. 

Kamal Cəfərov çıxışında Ruben Vardanyanın Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə gəldiyini xatırladıb və əlavə edib ki, bu, siyasi plandır: "Onun birinci məqsədi iki ölkə arasında sülh prosesinə zərbə vurmaq və yerli ermənilərlə qurulmuş əlaqələri zədələməkdir. İkinci missiyası isə Paşinyanın yerinə gələrək Baş nazir olmaqdır. Bu, hazırda gedən informasiya manipulyasiyasının digər səbəblərindən biridir". 

O, çıxışında Ermənistan tərəfindən basdırılmış minaların partlayışı nəticəsində həyatını itirən və xəsarət alan yüzlərlə insanın olduğunu Assambleya üzvlərinə xatırladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO