Rusiya Ukraynaya bu gün 55 raket atıb - YENİLƏNİB

Rusiya Ukraynaya bu gün 55 raket atıb - YENİLƏNİB

Hazırda oxunan: Rusiya Ukraynaya bu gün 55 raket atıb - YENİLƏNİB

116742

Rusiya ordusu Ukrayna ərazisini yenidən raket atəşinə tutub.

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, ölkənin Nikolayev, Kiyev, Dnepropetsovsk və Xerson vilayətlərində partlayışlar baş verib.

Ölkənin bütün ərazisində hava hücumu təhlükəsi elan edilib. Bununla yanaşı, Odessa və Vinnitsa şəhərlərində də partlayışlar qeydə alınıb.

*** 14:20

Ukraynanın paytaxtı Kiyev səhər saatlarında Rusiyanın raket hücumuna məruz qalıb.

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, raketin parçaları şəhərin Qoloseyevski rayonuna düşüb, nəticədə insanlar xəsarət alıblar.

“Bir ölü və iki yaralı barədə məlumat var. Yaralılar həkimlər tərəfindən xəstəxanaya yerləşdiriliblər”, - deyə mer əlavə edib.

Ölən şəxs 55 yaşlı kişi olub.

*** 11:18

Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, Kiyev, Jitomir, Çerkassı, Denpropetrovsk vilayətlərinə hücumlar olub.

Məlumata görə, həmçinin Krımın hava məkanında 4 Su-35 təyyarələri uçur. Ukrayna Prezident Ofisindən bildirilib ki, raketlər vurulur.

Vətəndaşlara sığınacaqlardan çıxmamaq barədə xəbərdarlıq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO