Stoltenberq Zelenskini ƏMİN ETDİ: “Lazım olduğu müddətdə Ukraynaya yardımı davam edəcəyik”

Stoltenberq Zelenskini ƏMİN ETDİ: “Lazım olduğu müddətdə Ukraynaya yardımı davam edəcəyik”

Hazırda oxunan: Stoltenberq Zelenskini ƏMİN ETDİ: “Lazım olduğu müddətdə Ukraynaya yardımı davam edəcəyik”

116686

NATO Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski rəsmi "Twitter" hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Ukraynanı dəstəkləmək üçün tərəfdaşların daha sıx koordinasiyası, xüsusən də tank koalisiyasının genişləndirilməsi və keyfiyyətcə yeni silah növlərinin Ukraynaya göndərilməsini müzakirə ediblər:

"Biz, həmçinin NATO-ya üzvlük üçün lazımi addımlar barədə danışdıq”. 

NATO Baş katibi Stoltenberq isə qeyd edib ki, lazım olduğu müddətdə hərbi alyansın müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO