Almaniyanın paytaxtında bütün uçuşlar LƏĞV EDİLDİ 

Almaniyanın paytaxtında bütün uçuşlar LƏĞV EDİLDİ 

Hazırda oxunan: Almaniyanın paytaxtında bütün uçuşlar LƏĞV EDİLDİ 

116675

Almaniyanın Berlin-Brandenburq Hava Limanında (BER) bütün uçuşlar ləğv edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hava limanındakı işçilərin tətilə çıxmasıdır. 

Kollektiv danışıqların nəticəsiz qalması səbəbiylə təşkil edilən tətilə qatılan çox sayda personal səhər saatlarından etibarən hava limanında toplaşıb. 

İştirakçıların əsas tələbləri sırasında onların iş imkanlarının yaxşılaşdırılması yer alır. Aksiyada işəgötürənlərin güzəştə getməməsi halında daha çox tətillərin təşkil ediləcəyi barədə xəbərdarlıq edib. 
Bu səbəbdən bütün uçuşlar ləğv edilib. Tətildən xəbərsiz olaraq hava limanına gələn bəzi sərnişinlər rəsmilərin xəbərdarlığından sonra geri dönməli olublar. 

Qeyd edək ki, son günlər Berlində bir çox iş yerlərində tətil dalğası hökm sürür. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO