Türkiyə təxribatlara rəğmən NATO üzvlüyünə son qoymağı düşünmür.
Bizim.Media xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib.
Bundan əvvəl Türkiyənin “Vətən” Partiyasının sədr müavini Ethem Sancak NATO-nun təxribatlarına görə Türkiyənin 5-6 aydan sonra alyansdan çıxacağını bildirmişdi.
“Hər seçkidə belə şeylərlə qarşılaşırıq (Türkiyənin NATO-dan çıxması çağırışları - red.). Bunlar bizim narahat olacağımız şeylər deyil. Türkiyənin NATO-dan çıxması zərurətindən danışanların sözləri əsassızdır. Bundan söhbət gedə bilməz. Biz NATO-nun qurucu ölkələrindən biriyik. Onların bu haqda danışmağa haqqı yoxdur”, – o, CNN Türk-ə müsahibəsində deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:42 / 25.01.2023
Türkiyə NATO-dan çıxmağı düşünmür – Rəsmi ANKARA
Hazırda oxunan: Türkiyə NATO-dan çıxmağı düşünmür – Rəsmi ANKARA
Hazırda oxunan: Türkiyə NATO-dan çıxmağı düşünmür – Rəsmi ANKARA
116617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.