Stokholmda
Nobel Komitəsinin mərasimində fizika üzrə "Nobel mükafatı”nın qalibləri
açıqlanıb.
Sfera.az-ın xarici mətbuata istinadən xəbər verir ki, bu il mükafat üç nəfərə verilib.
Britaniyalı fizik Roger Penrouza qara dəliklərlə bağlı araşdırmasına görə bu mükafata layiq görülüb.
Qalaktikamızın mərkəzində super kütləli kompakt cisim tapdıqlarına görə isə alman astrofizik Reinhard Hantzel və amerikalı astronom Andrea Gez mükafatlandırılıblar.