Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı Volodimir Zelenskinin 45 illik yubileyi münasibətilə “İnstagram”da təsirli təbrik postu yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yer alıb.
“İnsanlar məndən tez-tez soruşurlar ki, bir il ərzində necə dəyişmisən? Mən isə həmişə cavab verirəm: “Dəyişməmişəm. O (Prezident Zelenskini nəzərdə tutur) da eyni qalıb. On yeddi yaşımızda tanış olduğum həmin oğlandır.
Ancaq əslində nəsə dəyişib: indi daha az gülümsəyirsən. Məsələn, bu fotoşəkildə olduğu kimi. Mən sənə daha çox gülümsəmək üçün səbəb arzulayıram. Və bunun üçün nə lazım olduğunu bilirsən. Hamımız bilirik”, deyə Yelena Zelenskaya yazıb.
Bizim.Media
![Yelena Zelenskayadan həyat yoldaşına təsirli təbrik postu - FOTO Yelena Zelenskayadan həyat yoldaşına təsirli təbrik postu - FOTO](https://bizim.media/file/articles/2023/01/25/1674637354_photo_2023-01-25_09-13-27.jpg)
- A-
- A
- A+
Dünya
13:18 / 25.01.2023
Yelena Zelenskayadan həyat yoldaşına təsirli təbrik postu - FOTO
Hazırda oxunan: Yelena Zelenskayadan həyat yoldaşına təsirli təbrik postu - FOTO
Hazırda oxunan: Yelena Zelenskayadan həyat yoldaşına təsirli təbrik postu - FOTO
116582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.