Zelenski dövlət qulluqçularına və deputatlara bu qadağanı QOYDU

Zelenski dövlət qulluqçularına və deputatlara bu qadağanı QOYDU

Hazırda oxunan: Zelenski dövlət qulluqçularına və deputatlara bu qadağanı QOYDU

116309

Ukraynanın dövlət qulluqçularına və deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.

“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının fundamental qərarı var. Bu, mərkəzi hakimiyyətin bütün məmurlarına, digər müxtəlif səviyyəli yerli idarəetmə orqanlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara və bütün şəxslərə aiddir”, - V.Zelenski bildirib.
“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Artıq məmurlar nə məzuniyyətə, nə də başqa qeyri-dövlət məqsədləri üçün xaricə gedə bilməyəcəklər", - dövlət başçısı izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO