Hulusi Akar: “Türkiyədəki suriyalılar təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar”

Hulusi Akar: “Türkiyədəki suriyalılar təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar”

Hazırda oxunan: Hulusi Akar: “Türkiyədəki suriyalılar təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar”

116279

“Türkiyədəki suriyalılar təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar və biz bunun üçün çalışırıq. Onları çətin vəziyyətə salacaq hər hansı bir qərar vermək müzakirə mövzusu deyil. Biz bu məsələdə konkret siyasət yeridirik”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin videokonfrans vasitəsilə keçirilmiş müşavirəsində bildirib. 

H.Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi davam edəcək:  

“Yeganə məqsədimiz sərhədlərimiz və vətəndaşlarımızın təhlükəsizliyidir. Biz heç bir ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq. PKK/YPG, İŞİD və FETO ilə mübarizə aparırıq. Etnik, dini qruplarla mübarizə isə müzakirə mövzusu deyil. Biz terrorla mübarizədə beynəlxalq əlaqələrdən və diplomatiyadan intensiv şəkildə istifadə edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO